Rusiyanın Sverdlovsk vilayəti ilə Azərbaycan arasında qarşılıqlı turist səfərlərini artırmaq üçün Yekaterinburq – Bakı – Yekaterinburq aviareyslərinin sayı artırıla, əlverişli qiymətə turpaketlər tətbiq edilə, məlumat mübadiləsi aparıla, həmçinin Yekaterinburqda Azərbaycan Turizm Bürosunun nümayəndəliyi açıla bilər.
“Report” yerli hökumətin internet səhifəsinə istinadən xəbər verir ki, bu məsələlər “Böyük Ural-2019” 7-ci Beynəlxalq Turizm Forumu çərçivəsində Dövlət Turizm Agentliyinin sədri
“Sizin diyarın nəhəng turizm potensialı göz qabağındadır. Qarşılıqlı turist axınını artırmaq mexanizmləri tapılmalıdır. Ölkəmizdə Uralı səyahət üçün olduqca maraqlı bölgə kimi təbliğ etməyə hazırıq və burada nümayəndəlik açmaq imkanı barədə düşünürük”, - deyən F.Nağıyev Azərbaycanda rusiyalı turistlər üçün əlverişli infrastrukturun və ab-havanın olduğunu da qeyd edib.
Azərbaycanla möhkəm işgüzar və dostluq əlaqələrinə malik olduqlarını deyən A.Orlov da yaxın 10 ildə iktərəfli əməkdaşlığa dair yeni saziş layihəsinin hazırlandığını dilə gətirib: “Sözsüz ki, turizm də fəaliyyətimizin ayrıca sahəsi olacaq”.
Bu il iyul ayından Rusiyanın “İrkutsk Airlines” şirkəti Yekaterinburq – Bakı istiqamətində həftədə 2 dəfə uçuşlar yerinə yetirəcək. Bununla da həmin marşrutda uşuçların sayı həftədə 3 dəfəyə çatdırılacaq.