Rumıniya üçüncü ölkələrdən əcnəbilərin daxil olmasına tətbiq edilən qadağanı ləğv edib

Rumıniya üçüncü ölkələrdən əcnəbilərin daxil olmasına tətbiq edilən qadağanı ləğv edib Rumıniya iyunun 1-dən etibarən əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin dövlət sərhəddinin buraxılış məntəqələri vasitəsilə daxil olmasına tətbiq edilən qadağanı ləğv edərək, ölkəyə mümkün daxil olma şərtlərini açıqlayıb.
Turizm
1 İyun , 2021 16:25
Rumıniya üçüncü ölkələrdən əcnəbilərin daxil olmasına tətbiq edilən qadağanı ləğv edib

Rumıniya iyunun 1-dən etibarən əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin dövlət sərhədinin buraxılış məntəqələri vasitəsilə daxil olmasına tətbiq edilən qadağanı ləğv edərək, ölkəyə mümkün daxil olma şərtlərini açıqlayıb.

Report” xəbər verir ki, bu barədə Ukraynanın Rumıniyadakı səfirliyi özünün “Facebook” səhifəsində xəbər verib.

“Fövqəladə vəziyyət rejimi çərçivəsində əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin dövlət sərhədinin buraxılış məntəqələri vasitəsilə Rumıniya ərazisinə daxil olmasına tətbiq edilən qadağa ləğv edilib. Xüsusilə, gəldikləri ölkənin hansı zonada olmasından asılı olmayaraq, üçüncü ölkələrin ərazisindən Rumıniyaya gələn əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün 14 günlük karantin rejimi müəyyən edilir.

Bununla belə, aşağıdakı istisnalar mövcuddur:

COVID-19 virusuna qarşı vaksin vurulmuş və Rumıniya ərazisinə daxil olmazdan 10 gün öncə tam vaksin olunmuş şəxslər;

Ölkəyə daxil olmazdan öncə 90 gün ərzində COVID-19 virusuna yoluxması tibb sənədləri və ya “Corona-forms” məlumat bazasında yoxlama vasitəsilə müsbət təsdiqini tapmış şəxslər və yoluxması ölkəyə daxil olma tarixindən azı 14 gün öncə baş vermiş şəxslər;

RT-PCR testinin mənfi nəticəsi tələb olunmadan, 3 yaşınadək uşaqlar;

Təyyarə Rumıniya ərazisində eniş etməzdən (ictimai nəqliyyatla səyahət edən şəxslər üçün) və ya Rumıniya ərazisinə daxil olmazdan (şəxsi nəqliyyatı ilə səyahət edən şəxslər üçün) öncə son 72 saat ərzində aparılan RT-PCR testinin nəticəsinə malik 3-16 yaş arası uşaqlar;

Rumıniyaya epidemioloji risk ölkələrindən/ərazilərindən səfər edən, lakin Rumıniyaya daxil olmazdan öncə epidemioloji riskdən azad bir və ya bir neçə ölkədə/ərazidə ardıcıl 14 gün keçirmiş şəxslər;

Maksimum yükgötürmə qabiliyyəti 2,4 tondan çox olan yük nəqliyyat vasitələrinin sürücüləri, həmçinin sürücünün yeri də daxil olmaqla, 9-dan çox oturacağa malik sərnişin nəqliyyat vasitələrinin sürücüləri;

Təyyarələrin pilotları və onların naviqasiya heyəti, həmçinin lokomotivlərin mexanikləri və dəmiryolu heyəti.

Bundan başqa, siyahısı tərtib ediləcək digər kateqoriyalar barədə də məlumat verilir.

Son xəbərlər

Orphus sistemi