Rumıniya QDİƏT-ə üzv ölkələrin turizm sahəsində layihələrinin birgə maliyyələşdirilməsini təklif edib

Rumıniya QDİƏT-ə üzv ölkələrin turizm sahəsində layihələrinin birgə maliyyələşdirilməsini təklif edib Rumıniyanın Azərbaycanla turizm əlaqələrinin inkişafı hər iki ölkə üçün faydalı olacaq.
Turizm
22 Aprel , 2024 12:13
Rumıniya QDİƏT-ə üzv ölkələrin turizm sahəsində layihələrinin birgə maliyyələşdirilməsini təklif edib

Rumıniyanın Azərbaycanla turizm əlaqələrinin inkişafı hər iki ölkə üçün faydalı olacaq.

"Report" xəbər verir ki, bunu Rumıniyanın Buxarest Universitetinin Biznes və turizm fakültəsinin dekanı Qabriela Tiqu bu gün Bakıda keçirilən Dövlət Turizm Agentliyinin və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) təşkilatçılığı ilə "QDİƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü"ndə deyib.

Onun sözlərinə görə, QDİƏT-a üzv ölkələri ilə birgə həyata keçiriləcək layihələrdə turizm sahəsində mütəxəssislərin yetişdirilməsinə önəm veriləcək: “Turizm sənayesində olan layihələri birlikdə maliyyələşdirə bilərik".

Q.Tiqu hesab edir ki, davamlı konfransların keçirilməsi turizmin inkişafına təkan verə bilər.

Son xəbərlər

Orphus sistemi