“Regional İnnovativ Turizm Məhsulu” proqramının qalibləri müəyyənləşdirilib

“Regional İnnovativ Turizm Məhsulu” proqramının qalibləri müəyyənləşdirilib Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu (ATB) “Regional İnnovativ Turizm Məhsulu” (RİTM) startap proqramının finalçılarından ilk üç yerin sahibini müəyyələşdirib.
Turizm
1 Fevral , 2022 19:00
“Regional İnnovativ Turizm Məhsulu” proqramının qalibləri müəyyənləşdirilib

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu (ATB) “Regional İnnovativ Turizm Məhsulu” (RİTM) startap proqramının finalçılarından ilk üç yerin sahibini müəyyələşdirib.

"Report" Agentliyə istinadən xəbər verir ki, bununla bağlı onlayn tədbir keçirilib.

Tədbirdə çıxış edən ATB-nin Baş icraçı direktoru Florian Zenqstşmid layihənin əsas məqsədinin turizm sahəsində innovativ ideyaların dəstəklənməsi, bu ideyaların uğurlu bizneslərə çevrilməsi və daha da genişləndirilməsi işinə hərtərəfli köməkliyin göstərilməsi olduğunu deyib. Baş icraçı direktor layihənin regionlarda turizmin təşviq edilməsinə və inkişafına təkan verəcəyini, eyni zamanda müxtəlif çeşidli yeni turizm məhsullarının yaranmasına dəstək olacağını bildirib.

Onlayn tədbirdə, həmçinin Almaniyanın Azərbaycandakı səfirinin müavini Hayko Şvartz da iştirak edib və layihənin iqtisadiyyat və turizm üçün vacib məqsədlər daşıdığını qeyd edib.

Regionlarda turizm startaplarının dəstəklənməsi, eləcə də regional turizmə investisiyaların cəlb edilməsinin təmini məqsədini daşıyan proqram Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) tapşırığı ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) icra etdiyi “Cənubi Qafqazda özəl sektorun inkişafı və texniki peşə təhsili və təlimi” proqramının dəstəyi ilə həyata keçirilib. Proqram çərçivəsində 4 regiondan 8 müxtəlif klaster üzrə təqdim olunan 270-dən çox müraciətdən 28 layihə ideyası inkubasiya mərhələsinə seçilərək Quba, Şəki, Gəncə və Lənkəranda keçirilən təlimlərə cəlb edilib.

“RİTM” proqramı çərçivəsində ölkə üzrə finala yüksələn 10 startap layihəsini münsiflər heyəti qiymətləndirib və ilk üç yer üzrə seçilən qaliblərə bizneslərinin inkişafı məqsədi ilə müvafiq olaraq 10 000 AZN, 5 000 AZN və 2 500 AZN mükafat təqdim olunub.

Son xəbərlər

Orphus sistemi