Palçıq Vulkanları Turizm Kompleksinə giriş üçün biletin qiyməti açıqlanıb
Turizm
- 14 iyun, 2024
- 10:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Prezident İlham Əliyevin iştirakı ilə ötən gün Abşeron rayonunda açılışı olmuş Palçıq Vulkanları Turizm Kompleksinə giriş üçün biletlər bu gündən satışa çıxarılıb.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin tabeliyindəki Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli Kompleksə təşkil olunmuş mediatur zamanı bildirib.
Onun sözlərinə görə, biletlərin qiyməti yerli turistlər üçün 5 manat, xarici turistlər üçün isə 15 manatdır.
"Kompleksə giriş əlillər, qazi və şəhid övladları, məktəblilər üçün ödənişsiz olacaq. Biletləri iticket.az saytından və kompleksə gələrək əldə etmək mümkündür", - deyə turizm rəsmisi əlavə edib.
Son xəbərlər
04:05
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
İKT
03:47
Özbəkistanda Cizzax AES-in tikintisinə bu il başlanacaq
Region
03:15
Müxalifətin namizədi İsrail Knessetinin spikeri seçilib
Digər ölkələr
02:33
Millətlər Liqasında pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib
Futbol
02:14
Norveçdə pensiya yaşı artırıla bilər
Digər ölkələr
01:44
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
Futbol
01:19
Azərbaycanın qadın basketbol millisi İslandiyaya məğlub olub
Komanda
01:10
Apple xidmətlərində yaranan nasazlığın səbəbini açıqlayıb
İKT
00:36
Günəşdə güclü alışma baş verib
Ekologiya