Nəqliyyat rahatlığına görə dünyanın ən yaxşı şəhəri açıqlanıb

Nəqliyyat rahatlığına görə dünyanın ən yaxşı şəhəri açıqlanıb Bakı. 8 avqust. REPORT.AZ/ Fransanın Nitsa şəhəri nəqliyyat rahatlığına görə dünyanın ən yaxşı şəhərləri reytinqinə başçılıq edir.
Turizm
8 Avqust , 2018 11:30
Nəqliyyat rahatlığına görə dünyanın ən yaxşı şəhəri açıqlanıb

Bakı. 8 avqust. REPORT.AZ/ Fransanın Nitsa şəhəri nəqliyyat rahatlığına görə dünyanın ən yaxşı şəhərləri reytinqinə başçılıq edir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Nitsa sakinləri il ərzində orta hesabla 22 saat tıxacda qalır, evdən işə və əks marşrutla hərəkət üçün, təqribən, 40 dəqiqə sərf edir, ayda əmək haqqının 1,25%-ni gediş biletləri üçün istifadə edir.

Reytinqdə ilk beşlikdə həmçinin Kuenka (Ekvador), Bilbao (İspaniya), Tuluza (Fransa), Kataniya (İtaliya) şəhərləri qərarlaşıb.

Ümumilikdə reytinqə 74 şəhər daxil edilib.

Reytinqi tərtib edənlər ictimai nəqliyyatla səyahətin orta vaxtı, dayanacaqda gözləmə müddəti, yolda məsafə, bir səyahət zamanı neçə nəqliyyat vasitəsi dəyişilməsi, eləcə də tıxacda sərf olunan zaman və orta əmək haqqı əsasında gediş biletinin bahalığı kimi amilləri nəzərə alıblar.

Son xəbərlər

Orphus sistemi