Naxçıvanın turizm loqosunun təqdimatı olub

Naxçıvanın turizm loqosunun təqdimatı olub Naxçıvan Muxtar Respublikasının (MR) “Saat Meydanı” Turizm İstirahət Mərkəzində 27 sentyabr Ümumdünya Turizm Günü və Turizm İşçiləri Günü peşə bayramı münasibətilə tədbir keçirilib.
Turizm
24 Sentyabr , 2020 19:37
Naxçıvanın turizm loqosunun təqdimatı olub

Naxçıvan Muxtar Respublikasının (MR) “Saat Meydanı” Turizm İstirahət Mərkəzində 27 sentyabr Ümumdünya Turizm Günü və Turizm İşçiləri Günü peşə bayramı münasibətilə tədbir keçirilib.

“Report”un məlumatına görə, Naxçıvan MR-in Turizm Departamentinin direktoru Əkbər Novruzov bildirib ki, bölgənin qədim tarixi, mədəniyyət abidələri, mövcud sabitlik, ekoloji cəhətdən təmiz qida məhsulları və müasir infrastruktura malik olan yaşayış məntəqələri burada turizmin bir çox növünün inkişafına zəmin yaradır: “Məhz bu səbəbdən Londonda nəşr olunan “Wanderlust” jurnalında Naxçıvanı dünyanın ən yaxşı 50 turizm mərkəzlərindən biri kimi qeyd edib”

“Azərbaycan Dövlət Turizm Agentliyi və Naxçıvanın Turizm Departamenti arasında “Naxçıvanda turizmin inkişaf etdirilməsi ilə bağlı 2020-2023-cü illər üzrə birgə Tədbirlər Planı” hazırlanıb. Birgə fəaliyyət çərçivəsində “Take another look” brendi və loqosuna uyğun olaraq Naxçıvan MR-in özünəməxsus yerli loqosu hazırlanıb.

Qeyd edək ki, sonda Naxçıvanın turizm loqosunun təqdimat videoçarxına baxış olub.

Son xəbərlər

Orphus sistemi