Misirdə viza haqqı dayandırılır

Misirdə viza haqqı dayandırılır İyulun 1-dən əcnəbi turistlərin üzünə qapıları açan Misir hökuməti viza haqqını oktyabrın 31-dək dayandırmağı nəzərdə tutur.
Turizm
226
23 İyun , 2020 16:18
Misirdə viza haqqı dayandırılır

İyulun 1-dən əcnəbi turistlərin üzünə qapıları açan Misir hökuməti viza haqqını oktyabrın 31-dək dayandırmağı nəzərdə tutur.

“Report” “The Sun”a istinadən xəbər verir ki, beləliklə, həmin müddət ərzində ehramlar diyarına səyahət edəcək əcnəbilər 25 ABŞ dolları olan viza haqqını ödəməyəcək.

Ölkədə 260-dan artıq mehmanxanaya müvafiq qaydada gigiyena təhlükəsizliyi sertifikatı verilib. Yerlərin maksimum 50 faizinə müştəri götürmə icazəsi verilən mehmanxanalar həkim saxlamağa da borcludur.

İstirahət yerlərində kütləvi ziyafətlər, əyləncələr, toy mərasimləri keçirmək, açıq bufet təşkil etmək qadağandır.

Qeyd edək ki, turistləri qəbul etmək qərarı verilsə də, ölkədə koronavirusla bağlı dönüş yaradılmayıb. Belə ki, iyunun 22-də Misirdə 1 475 nəfər yoluxub və xəstələnənlərin ümumi sayı 57 minə yaxındır. Ölkədə koronavirusdan ölənlərin ümumi sayı isə 2 278 nəfərdir.

Son xəbərlər

Orphus sistemi