Mədəniyyət və Turizm Nazirliyi mehmanxanalara dərəcə sertifikatları verib

Mədəniyyət və Turizm Nazirliyi mehmanxanalara dərəcə sertifikatları verib Azərbaycanda təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 80-ə çatıb
Turizm
1 İyun , 2015 11:57
Mədəniyyət və Turizm Nazirliyi mehmanxanalara dərəcə sertifikatları verib

Bakı. 1 iyun. REPORT.AZ/ Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mehmanxanaların təsnifatını aparır.

"Report" xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi may ayı ərzində Bakı şəhərində və regionlarda fəaliyyət göstərən mehmanxanalara dərəcə sertifikatları verib.

Bakıdakı "Hilton Hotel Baku" mehmanxanası 5 ulduz, Şamaxıdakı "Samaxı Palace Platinum by Rixos" mehmanxanası 5 ulduz, Qəbələ rayonundakı "Qafqaz Resort Hotel" mehmanxanası 5 ulduz, "Duyma" mehmanxanası 4 ulduz, Mingəçevir şəhəridəki "River Side"mehmanxanası 4 ulduz sertifikatı alıb. 

Qeyd edək ki, bununla da Azərbaycan ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 80-ə çatıb.

Son xəbərlər

Orphus sistemi