Koreyada Azərbaycan istehsalı olan məhsullar sərgilənib

Turizm
  • 07 dekabr, 2016
  • 03:50
Koreyada Azərbaycan istehsalı olan məhsullar sərgilənib

Bakı. 7 dekabr. REPORT.AZ/ Koreyanın ən böyük sərgi mərkəzlərindən biri olan "Korea İnternational Exhibition Center"də (KİNTEX) 2-4 dekabr tarixləri arasında keçirilimiş “Dünya Ərzaq Ekspo Koreya 2016” (World Food Expo 2016) sərgisində Azərbaycan şirkətləri tərəfindən ölkəmizdə istehsal olunan məhsulların təqdimatı keçirilib.

Azərbaycanın Koreyadakı Səfirliyindən "Report"a verilən məlumata görə, sərgidə Azərbaycanda istehsal olunan qida və kənd təsərrüfatı məhsulları, o cümlədən nar və nar şirələri, habelə, nardan əldə edilən digər məhsullar, fındıq və pendir çeşidləri nümayiş olunub.

Azərbaycan stendi sərgi iştirakçılarında böyük maraq doğurub, həmçinin Koreyanın yerli qida və kənd təsərrüfatı məhsulları idxal edən şirkət nümayəndələri Azərbaycan məhsullarına maraq göstəriblər.