Kənan Qasımov: "COP29-da iqlim dəyişikliyinin turizmə təsirlərinin azaldılması istiqamətində mesajlar veriləcək"

Kənan Qasımov: "COP29-da iqlim dəyişikliyinin turizmə təsirlərinin azaldılması istiqamətində mesajlar veriləcək" BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iqlim dəyişikliyinin turizmə təsirlərinin azaldılması istiqamətində də mesajlar veriləcək.
Turizm
8 May , 2024 12:25
Kənan Qasımov: COP29-da iqlim dəyişikliyinin turizmə təsirlərinin azaldılması istiqamətində mesajlar veriləcək

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iqlim dəyişikliyinin turizmə təsirlərinin azaldılması istiqamətində də mesajlar veriləcək.

"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu il Azərbaycanda keçiriləcək COP29 dünyada ən çox iştirakçının cəlb olunduğu tədbirlərdəndir: "Azərbaycan bu tədbirə ev sahibliyi hüququnu əldə etdikdən sonra hazırlıq prosesinə başlayıb. Düşünürəm ki, bununla bağlı hər hansı problemimiz olmayacaq və digər tədbirlər kimi bu tədbirin də yüksək səviyyədə keçirilməsinə nail olacağıq".

K.Qasımov qeyd edib ki, keçiriləcək tədbir iki istiqaməti əhatə edir: "Bunlardan biri təşkilati məsələlərdir, digəri isə tədbirdə veriləcək siyasi mesajlar, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə məsələləridir. Dövlət Turizm Agentliyi olaraq hər iki istiqamətdə işimizi təşkil etmişik".

Son xəbərlər

Orphus sistemi