Qastroturizmin inkişafı Azərbaycan üçün prioritet istiqamətlərdən biridir.
"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda keçirilən Bakı Turizm Peşə Məktəbinin və “CASA Baku” Kulinariya Məktəbinin Aşpazlıq ixtisası üzrə ilk pilot qrupunun tələbələrinin Məzun günündə bildirib.
"Milli mətbəx nümunələrinin qorunması, Azərbaycanın qastronomiya destinasiyası kimi dünyada tanıdılması istiqamətində genişmiqyaslı işlər görülüb. Dövlət Turizm Agentliyi milli mətbəx nümunələrini pasportlaşdırıb, ölkənin biomüxtəliflik potensialı aqro-qastro turizm marşrutlarına qazandırılıb. Bundan əlavə, peşəkar kulinarların yetişdirilməsi, gənc aşpazların inkişafı və ixtisaslaşması dəstəklənib. Aşpazlar üçün pilot tədris qrupunun yaradılması bu qəbildən olan layihələrdəndir. Bu proqram gənc aşpazların peşəkar inkişafı üçün əvəzsiz təcrübədir", - deyə o qeyd edib.