Fuad Nağıyev: "Azərbaycanda turizm sənayesi subyektlərinin reytinq qiymətləndirilməsi aparılacaq"

Fuad Nağıyev: "Azərbaycanda turizm sənayesi subyektlərinin reytinq qiymətləndirilməsi aparılacaq" Azərbaycanda turizm sənayesinə açıq xidmət, keyfiyyətli xidmət, rəqəmsal xidmət nişanlarını əldə etmək üçün Turizm İnformasiya Sistemi (Turizm Reyestri) vasitəsilə müraciət imkanı yaradılır.
Turizm
5 May , 2023 12:57
Fuad Nağıyev: Azərbaycanda turizm sənayesi subyektlərinin reytinq qiymətləndirilməsi aparılacaq
Fuad Nağıyev

Azərbaycanda turizm sənayesi subyektlərinə açıq xidmət, keyfiyyətli xidmət, rəqəmsal xidmət nişanlarını əldə etmək üçün Turizm İnformasiya Sistemi (Turizm Reyestri) vasitəsilə müraciət imkanı yaradılır.

“Report” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev reyestrin təqdimatı zamanı video-müraciətində bildirib.

"Açıq xidmət və keyfiyyətli xidmət nişanları əldə edən turizm sənayesi subyektləri "B" kateqoriyası, açıq xidmət və keyfiyyətli xidmətlə yanaşı, rəqəmsal xidmət nişanları əldə edən subyektlər isə "A" kateqoriyası ilə təltif ediləcəklər. Hər bir nişanlar üçün aydın meyarlar müəyyən edilib.

Bu meyarların müəyyən edilməsi üçün turizm sənayesi ilə görüşlər təşkil edilib, müzakirələr aparılıb, turizm sənayesinin rəy və təklifləri nəzərə alınıb", - F.Nağıyev qeyd edib.

Onun sözlərinə görə, layihənin uğurlu icrası ölkəmizdə turizm sənayesi subyektlərinin dəqiq və aydın uçotunun formalaşmasına, həmçinin potensiala və təqdim olunan xidmətlərin səviyyəsinə görə reytinq qiymətləndirilməsinin aparılmasına imkan verəcək.

F. Nağıyev gələcəkdə reytinq qiymətləndirməsinin məzmun baxımından daha da inkişaf etdirilməsi nəzərdə tutulduğunu diqqətə çatdırıb: "Turizm Reyestrindən qeydiyyatdan keçmək, müvafiq olaraq "A" və "B" kateqoriyaları əldə etmək sənayə nümayəndələrinə müştərilər və biznes tərəfdaşlarla daha etibarlı münasibət qurmağa imkan yaradacaq.

Eyni zamanda "A" və "B" kateqoriyası alan sənaye subyektlərininin fəaliyyəti müxtəlif mexanizmlərlə təşviq ediləcək. Turizm Reyestri vasitəsilə ilkin mərhələdə yerləşmə vasitələri, turoperator və turagentlərin, turizm bələdçilərinin qeydiyyatı və təsnifatının aparılması planlaşdırılır".

Son xəbərlər

Orphus sistemi