Bu il Azərbaycana 2,9-3 milyon turistin gələcəyi gözlənilir.
"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) Aparat rəhbəri Kənan Qasımov Azərbaycanın Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının "Turizmin inkişafı" işçi qrupunun 2023-cü il Fəaliyyət Planının icra vəziyyəti və qarşıda duran prioritetlər mövzusunda tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Bütün hallarda indiyə qədər ki, göstəricilərimiz onu demeyə əsas verir ki, kifayət qədər yaxşı artım tempimiz var. Ötən illə müqayisədə son ayda 36 %-ə yaxın artım müşahidə edilib. Amma hələ ki, 2019-cu ilin rəqəmlərindən geri qalırıq" - K. Qasımov qeyd edib.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycana 187 ölkədən 2 milyon 085,8 min nəfər və yaxud 2022-ci illə müqayisədə 30,2 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.