Dövlət Turizm Agentliyi kənd qonaq evlərinin sahibləri ilə görüş keçirib

Dövlət Turizm Agentliyi kənd qonaq evlərinin sahibləri ilə görüş keçirib Dövlət Turizm Agentliyi yüksək turizm potensialı olan kəndləri müəyyənləşdirib, oradakı kənd qonaq evlərinin sahibləri ilə görüşlər keçirib.
Turizm
24 Noyabr , 2022 11:19
Dövlət Turizm Agentliyi kənd qonaq evlərinin sahibləri ilə görüş keçirib

Dövlət Turizm Agentliyi yüksək turizm potensialı olan kəndləri müəyyənləşdirib, oradakı kənd qonaq evlərinin sahibləri ilə görüşlər keçirib.

"Report"un məlumatına görə, bunu Agentliyin sədri Fuad Nağıyev “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqrobiznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı’’ layihəsi üzrə Bakı konfransında bildirib.

“Bu görüşlər müsbət nəticəsini ən yaxın müddətdə göstərəcək. Bütövlükdə, aqroturizm turizmin mövsümiliyinin aradan qaldırılmasında, dayanıqlı turizmin, rəqabətli kənd təsərrüfatının və aqrobiznesin inkişaf etdirilməsində və eyni zamanda regionların sosial-iqtisadi inkişafında xüsusi paya sahib olacaq”, - deyə o qeyd edib.

Xatırladaq ki, bu, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD), “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi və Bolqarıstanın İqtisadi İnkişaf Mərkəzi (CED) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” adlı layihənin bağlanış tədbiri idi. Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınmış bu layihədən 3000 fermer və onların ailələri, 500 gənc kişi və qadın, 10000 yerli icma sakini, 4000 ekoturizm istifadəçisi, tələbə və turistlər faydalanıb. Layihənin əsas məqsədi yerli qida potensialının artırılmasına və yerli aqrar məsləhət xidmətlərinin keyfiyyətinin yüksədilməsinə nail olmaqdır.

Son xəbərlər

Orphus sistemi