Bakıya dünyanın 50 ölkəsindən nümayəndələr gələcək

Bakıya dünyanın 50 ölkəsindən nümayəndələr gələcək Aprelin 29-da Bakıda baş tutacaq “Travel Businness Azerbaijan 2020” tədbirində iştirak etmək üçün ilkin mərhələdə turizm və qonaqpərvərlik sahəsində fəaliyyət göstərən 200-dən çox yerli və xarici şirkətin qeydiyyatı artıq təsdiqlənib.
Turizm
5 Fevral , 2020 12:45
Bakıya dünyanın 50 ölkəsindən nümayəndələr gələcək

Aprelin 29-da Bakıda baş tutacaq “Travel Businness Azerbaijan 2020” tədbirində iştirak etmək üçün ilkin mərhələdə turizm və qonaqpərvərlik sahəsində fəaliyyət göstərən 200-dən çox yerli və xarici şirkətin qeydiyyatı artıq təsdiqlənib.

“Report” bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, regionun ən böyük səyahət bazarı rolunu oynayacaq tədbirə qeydiyyat davam etməkdədir.

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ilk dəfə keçiriləcək turizm tədbirinə Yaxın Şərq və Avropa ölkələri, Rusiya, Qazaxıstan, Ukrayna, Hindistan, Pakistan, Yaponiya və Koreya kimi ölkələr daxil olmaqla dünyanın 50 ölkəsindən 1000-dən çox iştirakçının qatılacağı gözlənilir.

Bakı Konqres Mərkəzində keçiriləcək tədbir ölkənin turizm imkanlarının tanıdılması üçün mühüm platforma kimi çıxış edəcək.

Tədbirin keçirilməsində məqsəd turizm sahəsində fəaliyyət göstərən yerli şirkətlərlə xarici turizm şirkətləri arasında tərəfdaşlıq münasibətlərinin və əməkdaşlıq imkanlarının yaradılmasına şərait yaratmaq, qarşılıqlı münasibətlərin inkişafına təkan verməkdir.

Qeyd edək ki, tədbirdə B2B (Biznesdən biznesə) görüşlər və seminarlar keçiriləcək, şirkətlərə öz xidmətlərinin təqdimatını keçirmək üçün imkan yaradılacaqdır.

Tədbir haqqında daha ətraflı məlumatı https://travelbusiness.az/ saytında əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi