Bakıda daha 20 nəfərə küçə sənəti ilə məşğul olmaq hüququ verilib

Bakıda daha 20 nəfərə küçə sənəti ilə məşğul olmaq hüququ verilib Dövlət Turizm Agentliyinin Bakı-Abşeron Regional Turizm İdarəsinin "Küçə sənətçiləri" layihəsi çərçivəsində növbəti seçim turu keçirilib.
Turizm
30 Oktyabr , 2024 12:24
Bakıda daha 20 nəfərə küçə sənəti ilə məşğul olmaq hüququ verilib

Dövlət Turizm Agentliyinin Bakı-Abşeron Regional Turizm İdarəsinin "Küçə sənətçiləri" layihəsi çərçivəsində növbəti seçim turu keçirilib.

"Report" Agentliyə istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyi (MN) ilə birgə təşkil edilmiş mütəxəssis sənətşünaslardan ibarət münsiflər heyətində Əməkdar artist, Prezident mükafatçısı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, dosent İnarə Babayeva, Əməkdar artist, Prezident mükafatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Toğrul Əsədullayev, Əməkdar rəssam Vüqar Əli, rejissor və aktyor Ceyhun Dadaşov yer alıb.

2 mərhələdən ibarət seçim turundan uğurla keçən 20 sənətçi layihənin növbəti 6 aylıq dövründə iştirak etmək hüququ qazanıb. Onların Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və Daxili İşlər Nazirliyi (DİN) ilə birgə razılaşdırılmış xüsusi çıxış yerlərində sərbəst fəaliyyətinə şərait yaradılıb.

“Küçə sənətçiləri” layihəsi Dövlət Turizm Agentliyi, DİN, MN və BŞİH-nin yaratdığı işçi qrupunun birgə fəaliyyəti ilə təkmilləşdirilmiş qaydalar əsasında yenidən təşkil olunub.

Son xəbərlər

Orphus sistemi