Azərbaycanın turizm potensialı Astana və Almatıda təqdim edilib
Turizm
- 28 avqust, 2025
- 15:39
Azərbaycanın Qazaxıstandakı səfirliyi Azərbaycan Turizm Bürosunun Astana və Almatı şəhərlərində təşkil etdiyi tədbirlər haqqında məlumat paylaşıb.
"Report" xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirib.
Bu tədbirlər çərçivəsində keçirilən görüşlərdə iki ölkənin turizm sənayesinin nümayəndələri iştirak ediblər.
"İştirakçılara Azərbaycanın çimərlik turizmi imkanları, dağ-xizək kurortları, sağlamlıq və spa mərkəzləri, mədəni və qastronomi marşrutları təqdim edilib, həmçinin "Formula 1 Qatar Airways" Azərbaycan Qran-prisi 2025" beynəlxalq tədbiri haqqında məlumat verilib", - paylaşımda qeyd olunub.
"B2B" formatında keçirilən görüşlərdə iki ölkə arasında əməkdaşlıq üçün konkret imkanlar müzakirə edilib.
Son xəbərlər
10:47
Maqnus Karlsen ilk dəfə keçirilən şahmat növündə dünya çempionu olub
Fərdi10:46
Yeni tədris ili üzrə Dövlət Proqramına sənəd qəbulunun başlama tarixi bilinib
Elm və təhsil10:43
Yanvar ayında 23 milyon manata yaxın narkotik vasitə dövriyyədən çıxarılıb
Daxili siyasət10:42
Yanvarda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 207 nəfər məsuliyyətə cəlb olunub
Daxili siyasət10:42
"Mançester Yunayted" Almaniya millisinin baş məşqçisi ilə danışıqlara başlayıb
Futbol10:38
Azərbaycanda İİV-ə yoluxma sayı azalıb - RƏSMİ
Daxili siyasət10:38
Azərbaycan İsveçrədən qızılın tədarükünü 5 dəfəyə yaxın artırıb
Biznes10:37
Ötən ay Azərbaycanda narkotiklərlə bağlı 793 cinayət faktı aşkarlanıb
Hadisə10:36