Azərbaycanın işgüzar turizm potensialı Səudiyyə Ərəbistanda təbliğ edilir

Azərbaycanın işgüzar turizm potensialı Səudiyyə Ərəbistanda təbliğ edilir Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun iştirakı ilə 25-26 sentyabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən "Kingdom Business Luxury Travel Congress" tədbirində Azərbaycanın işgüzar turizm potensialı tanıdılı
Turizm
26 Sentyabr , 2024 15:18
Azərbaycanın işgüzar turizm potensialı Səudiyyə Ərəbistanda təbliğ edilir

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun iştirakı ilə 25-26 sentyabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən "Kingdom Business & Luxury Travel Congress" tədbirində Azərbaycanın işgüzar turizm potensialı tanıdılır.

"Report" agentliyə istinadən xəbər verir ki, konqresdə işgüzar turizm imkanlarını tanıtmaq və bu məqsədlə Azərbaycana səfər edəcək sənaye nümayəndələrinin sayını artırmaq üçün ölkəmizi Azərbaycan Turizm Bürosu (ATB) "gümüş tərəfdaş" statusunda təmsil edir.

Səudiyyə Ərəbistanının işgüzar turizm sahəsi üzrə aparıcı mütəxəssislər və agentlikləri ilə keçirilən B2B formatlı görüşlərdə Azərbaycanda işgüzar tədbirlərin təşkili üzrə mövcud infrastruktur və bütövlükdə ölkəmizin turizm potensialı haqqında məlumat verilib.

"Kingdom Business & Luxury Travel Congress" tədbirində iştirakın əsas məqsədi Azərbaycanın qabaqcıl işgüzar tədbirlər destinasiyası kimi mövcud imkanlarını qlobal müstəvidə nümayiş etdirmək, potensial tədbirləri və tərəfdaşları müəyyənləşdirmək, həmçinin ölkə tərəfindən tədqiqat fəaliyyətləri genişləndirmək kimi məsələlər daxildir.

Bu ilin yanvar-avqust aylarında Səudiyyə Ərəbistanından Azərbaycana ümumilikdə 76 861 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31 % çoxdur.

Son xəbərlər

Orphus sistemi