Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 1 milyon 963 min 361 xarici vətəndaş səfər edib.
"Report" bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30 % çoxdur.
Təkcə sentyabrda isə ölkəyə 235 329 nəfər xarici və vətəndaşlığı olmayan şəxs gəlib. Bu da 1 il əvvələ nisbətən 22 % çoxdur.
Ötən ay Azərbaycana ən çox turist 62 591 nəfər olmaqla Rusiyadan gəlib. İkinci yerdə Türkiyə (38 661 nəfər), üçüncü yerdə isə Hindistan (19 957 nəfər) qərarlaşıb.
Bu dövrdə İrandan 17,7 min, Gürcüstandan 10,8 min, Pakistandan 7,8 min, Qazaxıstandan 7,3 min, Səudiyyə Ərəbistandan 6,9 min, Çindən 6,1 min, Birləşmiş Ərəb Əmirliklərindən 4,3 min, Özbəkistandan 4,2 min, İsraildən 3,4 min, Ukraynadan 3,4 min, Türkmənistandan 3 min, ABŞ-dən 2,6 min turist gəlib.