Azərbaycandan turist axını 16 % artıb

Azərbaycandan turist axını 16 % artıb Bu ilin I yarısında Azərbaycandan xaricə gedən ölkə vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16,3 % artaraq 791,7 min nəfər olub.
Turizm
17 İyul , 2023 12:32
Azərbaycandan turist axını 16 % artıb

Bu ilin I yarısında Azərbaycandan xaricə gedən ölkə vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16,3 % artaraq 791,7 min nəfər olub.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə Rusiyaya gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,8 dəfə, Gürcüstana gedənlərin sayı 34,5 % artıb, İrana gedənlərin sayı 31,0 %, Türkiyəyə gedənlərin sayı 1,9 % azalıb.

Ölkə vətəndaşlarının 40,2 %-i Türkiyəyə, 23,9 %-i Rusiya Federasiyasına, 9,4 %-i Gürcüstana, 7,9 %-i İrana, 18,6 %-i digər ölkələrə səfər edib. Gedənlərin 68,3 %-ni kişilər, 31,7 %-ni qadınlar təşkil edib.

Xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,3 %-i hava, 29,9 %-i dəmir yolu və avtomobil, 2,8 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Son xəbərlər

Orphus sistemi