Azərbaycanda sağlamlıq turizm strategiyasının hazırlanmasına başlanılıb

Azərbaycanda sağlamlıq turizm strategiyasının hazırlanmasına başlanılıb Dövlət Turizm Agentliyi (DTA )Azərbaycanın sağlamlıq turizm strategiyasının hazırlanmasına başlayıb.
Turizm
10 İyun , 2024 13:02
Azərbaycanda sağlamlıq turizm strategiyasının hazırlanmasına başlanılıb

Dövlət Turizm Agentliyi (DTA )Azərbaycanın sağlamlıq turizm strategiyasının hazırlanmasına başlayıb.

“Report” DTA-ya istinadən xəbər verir ki, strategiyanın hazırlanması çərçivəsində müvafiq sahənin inkişaf etdiyi ölkələrdə (Türkiyə, Malayziya, Çexiya, Tayland və s.) sağlamlıq turizminin inkişafı üçün dövlətin həyata keçirdiyi siyasətlər və tətbiq etdiyi strateji yanaşmalar təhlil ediləcək və Azərbaycana uyğun gələn spesifik hallar seçiləcək.

Bundan başqa, strategiyada spesifik olaraq tibbi turizm sahəsində uğurlu beynəlxalq təcrübə öyrəniləcək. Eləcə də, 2021-ci ildə hazırlanmış sağlamlıq turizminə dair təhlil sənədinin yenilənməsi məqədilə işğaldan azad edilmiş ərazilərin (xüsusi ilə Kəlbəcər və Şuşa şəhərləri) sağlamlıq turizmi resurslarının diaqnostikası aparılacaq, eyni zamanda, sözügedən təhlil sənədinin təkmilləşdirilməsi məqsədilə ölkə üzrə resursların diaqnostikası aparılacaq.

Təhlil prosesi çərçivəsində Azərbaycan sağlamlıq turizmi məhsullarının ixracı üçün əsas mənbə bazarlar araşdırılacaq, müvafiq məhsulların rəqabətqabiliyyətliliyi ölçüləcək, mövcud vəziyyətin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanaraq Strategiyanın Tədbirlər Planında əks olunacaq.

Son xəbərlər

Orphus sistemi