Hazırda Azərbaycanda qış turizm mərkəzində gecələyənlərin 30-35 %-i əcnəbilərdir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun Turizm məhsulu sektorunun müdiri Günel Bədəlova deyib.
O bildirb ki, ümumilikdə Azərbaycana turistlərin əsas hissəsi Rusyadan (30-31 %) gəlir. Siyahıda sonrakı yerləri Türkiyə və İrandan gələnlər izləyir.
Günel Bədəlova qeyd edib ki, hazırda bizim 3 xizək kurortumuz var: “Bunlar Şahdağ, Qəbələ və Naxçıvandakı xizək kurort mərkəzləridir.
Naxçıvandakı Ağbulaq xizək mərkəzi unikallığı ilə seçilir, bu kort mərkəzi kiçikdir, amma kənd stilində olması ilə turistləri cəlb edir”.
Azərbaycanda qış turizmində quş müşahidə imkanları var. Azərbaycanın bir sıra yerləri mövcuddur. Bu imkanlardan yararlanmaq üçün çoxlu turistlər gəlir.
Bundan başqa, Azərbaycana müalicəvi turizm üçün də insanlar Naftalana gəlir:
“Azərbaycanın qış turizm imkanlarını tanıtmaq üçün gələn ilin yanvar-fevral aylarında xarici media və bloqqerlər üçün mediatur, fantrip təşkil edəcəyik. Məqsəd turistlərə Azərbaycanda qış turizminin nə qədər maraqlı olmasını göstərməkdir.
Qış turizm imkanlarını tanıtmaq üçün Türkiyə ilə əməkdaşlıq edirik. Bundan başqa, türkdilli ölkələrlə də bu sahədə əməkdaşlıq, təcrübə mübadiləsi həyata keçirməyi nəzərdə tuturuq”.