Dövlət Turizm Agentliyinin dəstəyi ilə "Azərbaycan Hotel Assosiasiyası" qonaqpərvərlik xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə "İxtisaslaşmış Hotelçilik" təlimlərinə start verib.
"Report" agentliyə istinadən xəbər verir ki, 2 ay davam edəcək "İxtisaslaşmış hotelçilik" təlimləri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkili ilə əlaqədar Bakı, Abşeron, Sumqayıt rayonunda yerləşən yerləşmə vasitələrinin işçi personalı üçün nəzərdə tutulub.
Təcrübəli təlimçilər tərəfindən təmizlik şöbəsi, iaşə xidməti, ön büro və idarəçilər üçün idarəetmə istiqamətlərində keçirilən ödənişsiz təlimlərdə iştirakçılar sahə üzrə praktiki biliklər əldə etmək, yerli sənaye mütəxəssislərinin təcrübələrindən faydalanmaq imkanı əldə edirlər.
Bakı, Abşeron, Sumqayıt regionunda yerləşən hotellərin əməkdaşları [email protected] və [email protected] elektron poçt ünvanlarına müraciət edərək qeydiyyatdan keçə və təlimlərdə iştirak edə bilərlər.