Azərbaycana Amerikadan turist axını 20 % artıb

Turizm
  • 14 aprel, 2026
  • 13:11
Azərbaycana Amerikadan turist axını 20 % artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana Amerika qitəsi ölkələrindən 3 961 turist gəlib.

"Report"un əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 % çoxdur.

İki ay ərzində daha çox turist ABŞ-dən gəlib - 2 700 nəfər. Bu göstərici 1 il əvvələ nisbətən 28,6 % çoxdur.

Bundan əlavə, Kanadadan – 464 (-6,6 %), Braziliyadan - 344 (+12,1 %), Kolumbiyadan - 124 (+20,4 %), Meksikadan – 111 (+20,7 %), Argentinadan - 44 (+18,9 %) Çilidən - 22 (-29 %), Ekvadordan - 21 (-16 %), Venesueladan – 21 (2,1 dəfə az ), Kubadan – 19 (+ 11,8 %), Trinidad və Tobaqodan 19 (+18,8 %), Perudan - 16 (2 dəfə az), Sent-Kits və Nevisdən– 9 (- 43,8 %), Yamaykadan 9 (+ 28,6 %), Kosta-Rikadan – 8 (4 dəfə az ), Boliviyadan 5 (-16,7 %), Panamadan – 5 (eyni qalıb ), Dominikandan 4 ( 2 dəfə artıb), Hondurasdan 4 (4 dəfə artıb), Uruqvaydan - 3 ( -76,9 %), Paraqvaydan 3 (eyni qalıb), Salvadordan 3 nəfər (3 dəfə artıb), Qvatemaladan 2 ( -33,3 %), Nikaraquadan isə 1 nəfər (eyni qalıb) turist gəlib.

Hesabat dövründə Azərbaycana 163 ölkədən 337,3 min əcnəbi vətəndaş səfər edib, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 % azdır.