Azərbaycan turizm imkanlarını beynəlxalq rəqəmsal kampaniyalarla təbliğ edəcək

Azərbaycan turizm imkanlarını beynəlxalq rəqəmsal kampaniyalarla təbliğ edəcək Azərbaycanın turizm imkanlarının təbliğ edilməsi ilə bağlı beynəlxalq rəqəmsal kampaniyalar keçiriləcək.
Turizm
9 İyul , 2024 18:19
Azərbaycan turizm imkanlarını beynəlxalq rəqəmsal kampaniyalarla təbliğ edəcək

Azərbaycanın turizm imkanlarının təbliğ edilməsi ilə bağlı beynəlxalq rəqəmsal kampaniyalar keçiriləcək.

“Report” bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, "Make My Trip" veb-səhifəsində Azərbaycana aid açılış səhifəsinin yaradılması, həmin səhifədə və "Facebook" və "Instagram" sosial media kanallarında banerlərin yerləşdirilməsi nəzərdə tutulur.

Bundan başqa, "WeddingSutra"nın "Instagram" səhifələrində Azərbaycanı təbliğ edən postlar yerləşdiriləcək. "WeddingSutra-B2B" "Instagram" səhifəsində Hindistanın aparıcı toy planlayıcıları və peşəkarları üçün Azərbaycana təşkil olunan fam trip haqqında paylaşımlar ediləcək, tanışlıq turları təşkil olunacaq.

Həmçinin "Wechat social", "Weibo social" və "OTT" platformasında, eləcə də "Qyer.com" və "China Travel Group" veb-səhifəsində Azərbaycanın turizm destinasiyası kimi tanıdılması işləri həyata keçiriləcək

Son xəbərlər

Orphus sistemi