Bakı. 11 may. REPORT.AZ/ Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Türkiyə birgə turizm məhsulu yaradacaq. "Report"un Qazaxıstan KİV-inə istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstanın Turizm departamentinin direktoru Maksat Çakiyev bildirib.
Hazırda "Müasir ipək yolu" proqramı hazırlanır. Bu proqram Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Türkiyənin daxil olduğu türkdilli dövlətlər üzrə vahid turizm marşrutunun yaradılmasını nəzərdə tutur.
M.Çakiyev qeyd edib ki, türkdilli dünyada dünya ictimaiyyətinin marağına səbəb ola biləcək kifayət qədər təbiət obyektləri və tarixi yerlər var.
"Turizmin inkişafı üçün Böyük ipək yolu brendindən istifadə etmək lazımdır və birgə turizm məhsulu məhz bu səbəbdən yaradılır", - o bildirib.
Turizm məhsulunun yaradılması barədə razılaşma ölkələr arasında keçən il əldə olunub. Bu istiqamətdə aparılan zəruri tədbirlər planı işlənib hazırlanıb və bu yaxınlarda qüvvəyə minəcək.