Azərbaycan İspaniyada keçiriləcək qastronomik turizm forumunda iştirak edəcək

Azərbaycan İspaniyada keçiriləcək qastronomik turizm forumunda iştirak edəcək Azərbaycan oktyabrın 5-7-si tarixlərində İspaniyanın Donostia-San Sebastian şəhərində keçiriləcək Ümumdünya Gastronomik Turizm Forumunda iştirak edəcək.
Turizm
14 Sentyabr , 2023 16:23
Azərbaycan İspaniyada keçiriləcək qastronomik turizm forumunda iştirak edəcək

Azərbaycan oktyabrın 5-7-si tarixlərində İspaniyanın Donostia-San Sebastian şəhərində keçiriləcək Ümumdünya Qastronomik Turizm Forumunda iştirak edəcək.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, forum “Qastronomik Turizm: Köklərə qayıt” devizi ilə keçiriləcək və əsas diqqəti məhsullar, qastranomiya və turizm arasında əlaqələrə yönəldəcək.

Qeyd edək ki, forum turizm və qastronomiya mütəxəssisləri arasında təcrübə mübadiləsinin aparılması məqsədi ilə 2015-ci ildən bəri Dünya Turizm Təşkilatı (UNWTO) ilə Bask Kulinariya Mərkəzi tərəfindən birgə təşkil edilir.

Forum UNWTO, Bask Kulinariya Mərkəzi, Bask hökumətinin dəstəyi, Gipuzkoa İl Şurasının, San Sebastian Şəhər Şurası və İspaniyanın Sənaye, Ticarət və Turizm Nazirliyi tərəfindən təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi