Azərbaycanın arxeoloji irsini dünyaya təqdim etməsi üçün böyük imkanları var.
“Report” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova təmsil etdiyi qurumun təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyasnının Arxeologiya və Antropologiya Institutunun tərəfdaşlığı ilə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda keçirilən “Arxeoloji turizm və dayanıqlı idarəetmə” mövzusunda beynəlxalq konfransda bildirib.
"Arxeoloji turizm təkcə mədəni irsin qorunub-saxlanılmasında deyil, həm də keçmişin dərk edilməsində və qiymətləndirməsində böyük əhəmiyyətə malikdir. Bu konfransın Azərbaycanın irsi abidələrinin turistik tətbiqi ilə bağlı faydalı fikir mübadiləsi aparılması, Azərbaycanın arxeoloji turizm potensialının tam reallaşdırılması istiqamətində atılan mühüm addımlardan biri olacağına inanıram", - deyə o qeyd edib.