Abu-Dabidə keçirilən Şeyx Zayed İrsi Festivalında Azərbaycan pavilyonla təmsil olunur

Abu-Dabidə keçirilən Şeyx Zayed İrsi Festivalında Azərbaycan pavilyonla təmsil olunur Ötən il ziyarətçiləri 2 milyon nəfəri ötən festivalda 20-dən çox ölkə təmsil olunur
Turizm
4 Dekabr , 2017 08:45
Abu-Dabidə keçirilən Şeyx Zayed İrsi Festivalında Azərbaycan pavilyonla təmsil olunur

Bakı. 4 dekabr. REPORT.AZ/ Abu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, xalqın mənəvi atası Şeyx Zayedin xatirəsinə həsr olunaraq hər il keçirilən beynəlxalq festivalda ilk dəfə olaraq Azərbaycan pavilyonu təşkil edilib.

“Report” xəbər verir ki, dekabrın 1-dən 25 yanvar 2018-cil il tarixinədək davam edəcək festivalda Azərbaycan pavilyonunun qurulması təşəbbüsü respublikanın BƏƏ-dəki səfirliyi tərəfindən irəli sürülüb.

Tədbirin təşkilatçısı olan, ölkə prezidentinin adını daşıyan və fəaliyyətini millətin anası, ölkənin birinci xanımı Şeyxa Fatimənin patronajlığı altında həyata keçirən Xəlifə Fondu ilə təmas quran səfirlik festivalda Azərbaycan üçün yerin ayrılması barədə razılıq əldə edib, Azərbaycanın İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə ölkəmizin şirkətləri üçün iştirak imkanı yaradıb.

Ötən il ziyarətçiləri iki milyon nəfəri ötən festivalda 20-dən çox ölkə özlərinin müxtəlif məhsullarının və xidmətlərinin satışını həyata keçirir. Festivalın ilk günü səfir Daşqın Şikarov və xanımı Ülviyyə Şikarova, o cümlədən səfirliyin əməkdaşları Azərbaycan pavilyonunu ziyarət edib, təşkilati məsələlərin vəziyyəti ilə maraqlanıblar. Şirkətlər arasında BƏƏ bazarında fəaliyyətini yeni qurmuş və genişləndirən Azərbaycanın yeganə kosmetika istehsalçısı olan Gazelli Group və Zakher turizm xidmətləri şirkətləri tədbirin məhsul və xidmətlərin bu bazarda daha çox tanıdılması üçün yaxşı platforma olduğunu bildiriblər. Pavilyonda Azərbaycanda istehsal olunan qida və içki məhsulları, turizm xidmətləri, suvenirlər və digər məhsullar sərgilənir.

3 dekabr tarixində BƏƏ-nin vəliəhdi Şeyx Məhəmməd bin Zayed əl Nəhyan festivalı ziyarət edib, ölkələrin pavilyonları ilə tanış olub. Şeyx Məhəmmədin iştirakı ilə keçirilmiş xüsusi tədbir proqramında Azərbaycan səfiri və xanımı da iştirak edib.

Səfirlik iki ay davam edəcək festivalın mədəni hissəsində Azərbaycandan musiqiçilərin çıxışlarının da təşkil edilməsi və maliyyələşdirilməsi barədə razılıq əldə edilib, müvafiq təklif Mədəniyyət və Turizm Nazirliyinə göndərilib.

Tədbir boyunca Azərbaycan pavilyonunun daha da zənginləşdirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi