Robin Uilyamsın şəxsi əşyaları hərracda 6 milyon dollara satılıb

Robin Uilyamsın şəxsi əşyaları hərracda 6 milyon dollara satılıb Hərracda satılan əşyalar arasında "Qızıl qlobus" mükafatı və "Qarmaq" filminin çəkilişindən qalan qılınc da olub
Şou-biznes
5 Oktyabr , 2018 11:38
Robin Uilyamsın şəxsi əşyaları hərracda 6 milyon dollara satılıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ ABŞ-ın Nyu-York şəhərində mərhum amerikalı aktyor Robin Uilyams və keçmiş həyat yoldaşı Marşa Qarsesin şəxsi əşyalarının satıldığı hərrac keçirilib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, "Sotheby's" hərrac evinin məlumatında hərracda satılan əşyalar arasında "Qızıl qlobus" mükafatının və "Qarmaq" filminin çəkilişindən qalan qılıncın da olduğu vurğulanıb. Eyni zamanda aktyorun saatları və şəxsi kolleksiyasından olan şəkilləri də satılıb.

Hərraca çıxarılan bütün əşyalara görə 6 milyon dollar alınıb.

Qeyd edək ki, Robin Uilyams 2014-cü il avqustun 12-də Kaliforniya ştatının Tiburon şəhərindəki evində intihar edib. Əsas versiyaya görə, o, dərin depressiyaya düşdüyünə görə bu addımı atıb.

Son xəbərlər

Orphus sistemi