İlin ən uğursuz filmlərinin siyahısı açıqlanıb - SİYAHI

İlin ən uğursuz filmlərinin siyahısı açıqlanıb - SİYAHI Bakı. 22 dekabr. REPORT.AZ/ The Hollywood Reporter nəşri 2018-ci ilin ən uğursuz filmlərinin siyahısını tərtib edib.
Şou-biznes
22 Dekabr , 2018 12:20
İlin ən uğursuz filmlərinin siyahısı açıqlanıb - SİYAHI

Bakı. 22 dekabr. REPORT.AZ/ "The Hollywood Reporter" nəşri 2018-ci ilin ən uğursuz filmlərinin siyahısını tərtib edib.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, jurnalın tənqidçiləri rejisoru Kevin Connolly olan "Gotti" kinosunu bu ilin ən pis filmi seçiblər.

Tənqidçilərin fikrincə, ekran əsərinin bəzi məqamları olduqca yersiz, bəzi məqamları isə, sadəcə, gülüncdür.

İkinci yeri rejissoru Otto Bathurst olan "Robin Hood" filmi tutub. Nəşrdə verilən qiymətləndirmədə qeyd olunub ki, kino xüsusilə saxta silahlar və aktyorlar üçün geyim seçimi baxımından müvəffəqiyyətsiz olub.

Üçüncü pillədə rejissoru James Foley olan “Fifty Shades Freed” adlı ekran əsəri qərarlaşıb. Tənqidçilərin fikrincə, bu ekran əsərinin seriaları bəlkə də yayım tarixinin ən pis filmləridir. Bildirilib ki, ekran əsərinin yaradıcıları ən darıxdırıcı cütlüyü, maraqlı xarakterə çevirməyə çalışsalar da, bu, uğurlu alınmayıb.

Bundan başqa, ilk beşlikdə rejissoru Dan Fogelman olan "Life itself" və rejissoru Ruben Fleischer olan "Venom"  filmləri də var.

Son xəbərlər

Orphus sistemi