Bakı. 25 avqust. REPORT.AZ/ "Sony Music" şirkəti pop kralı Maykl Ceksonun ölümündən bir il sonra buraxılan albomdakı bəzi bəstələrin başqa ifaçı tərəfindən səsləndirildiyini etiraf etməyib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü "Variety" jurnalı yazıb.
"Heç kim etiraf etməyib ki, Maykl Cekson bu mahnıları ifa etməyib", - deyə şirkətin maraqlarını müdafiə edən hüquqşünas Zia Modabber bildirib.
O əlavə edib ki, çərşənbə axşamı baş tutan dinləmələrdə mahnılarda kimin səsinin qeydə alınması ilə bağlı heç bir qərar çıxarılmayıb.
"Business Insider" internet nəşrinin məlumatına görə, dinləmələr Ceksonun pərəstişkarının 2014-cü ildə qaldırdığı iddia ilə bağlı olub. O iddia edib ki, müğənninin ölümündən sonra buraxılan albomda bir neçə mahnı onun təqlidçisi Ceyson Malaçi tərəfindən ifa olunub.