Məşhur prodüser daha 16 il həbs cəzasına məhkum edilib

Məşhur prodüser daha 16 il həbs cəzasına məhkum edilib Los-Anceles məhkəməsi amerikalı film prodüseri Harvi Vaynşteyni zorlama xarakterli cinayətdə təqsirli bilib və daha 16 il həbs cəzasına məhkum edib.
Şou-biznes
24 Fevral , 2023 04:43
Məşhur prodüser daha 16 il həbs cəzasına məhkum edilib

Los-Anceles məhkəməsi amerikalı film prodüseri Harvi Vaynşteyni zorlama xarakterli cinayətdə təqsirli bilib və daha 16 il həbs cəzasına məhkum edib.

“Report” xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Bu müddət Nyu York məhkəməsinin 2020-ci ildə Vaynşteyni cinsi təcavüz ittihamı ilə məhkum etdiyi 23 ilə əlavə edəcək.

Müdafiə tərəfi məhkəmənin yeni keçirilməsini tələb edib. Vəkillərin sözlərinə görə, andlı iclasçılar yanlış təlimatlandırılıb və onlara bir sıra sübutlar təqdim edilməyib.

Qeyd edək ki, ötən ilin noyabr ayında Los-Anceles məhkəməsi H. Vaynşteynə qarşı dörd ittihamı geri götürüb. Nyu-Yorkda baş tutan ilk prosesdə məşhur kinoprodüser zorlama və oral seksə məcburetməyə görə 23 il həbs cəzası alıb.

Son xəbərlər

Orphus sistemi