Los-Ancelesdə 58-ci "Qremmi" mükafatının təqdimat mərasimi keçirilib

Los-Ancelesdə 58-ci "Qremmi" mükafatının təqdimat mərasimi keçirilib Nüfuzlu musiqi mükafatının bu dəfəki qalibləri müəyyən edilib
Şou-biznes
16 Fevral , 2016 10:37
Los-Ancelesdə 58-ci Qremmi mükafatının təqdimat mərasimi keçirilib

Bakı. 16 fevral. REPORT.AZ/ Los-Ancelesdə dünyanın ən nüfuzlu musiqi mükafatı sayılan "Qremmi" mükafatının 58-ci dəfə təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, ən yaxşı albom nominasiyasında populyar müğənni Teylor Sfift "1989" musiqi albomuna görə "Qremmi" mükafatını qazanıb.

Amerikalı rep ifaçısı Kendrik Lamar "To Pimp a Butterfly" albomu ilə 11 nominasiyadan 5-ni qazanaraq rekord nəticə nümayiş etdirib.

Ən yaxşı mahnı nominasiyasında britaniyalı ifaçılar Edu Şiran "Thinking Out Loud" kompozisiyasına görə, Mark Ronson və Bruno Mars "İlin mahnısı" nominasiyasında "Uptown Funk" kompozisiyasına görə "Qremmi" mükafatının qalibi olub.

Namizədlər arasında Ledi Qaqanın adı çəkilsə də, bu il "Qremmi" mükafatını əldə etmək müğənniyə nəsib olmayıb.

Təqdimat mərasiminin açılşında hit mahnılarını səsləndirən Ledi Qaqa səhnəyə Devid Boyinin obrazında çıxıb.

Son xəbərlər

Orphus sistemi