"Google" şirkəti 2017-ci ildə ən çox axtarılan aktyor və musiqiçilərin adlarını açıqlayıb

Şou-biznes
  • 13 dekabr, 2017
  • 12:16
Google şirkəti 2017-ci ildə ən çox axtarılan aktyor və musiqiçilərin adlarını açıqlayıb

Bakı. 13 dekabr. REPORT.AZ/ "Google" şirkəti 2017-ci ilin ən populyar axtarış mövzularını açıqlayıb.

"Report" xəbər verir ki, aktyorların siyahısında ilk yeri "Fors-major" serialının ulduzu və Britaniya şahzadəsi Harrinin nişanlısı Meqan Markl tutub.

Britaniya şahzadəsi Harri və nişanlısı Meqan Markl

Siyahıda ikinci yerdə cinsi təcavüz ilə gündəmə gəlmiş Kevin Speysi qərarlaşıb. 

Kevin Speysi

"Möcüzəvi qadın" filmində baş rolu oynayan Qal Qadot isə üçüncü olub.

Qal Qadot

Musiqi reytinqinin lideri Mançesterdəki konserti zamanı terror aktı törədilən müğənni Ariana Qrande olub.

Ariana Qrande

İkinci yerdə bu il vokalisti Çester Benninqtonu itirən "Linkin Park" qrupu qərarlaşıb.

Linkin Park

Sonrakı sıralarda Ledi Qaqa, Maraya Keri və Ed Şiran yer alıblar.

44 filmi