Məşhur sənətçi koronavirusa yoluxub

Məşhur sənətçi koronavirusa yoluxub Dünyaca məşhur gitaraçı, “Duran Duran” qrupunun üzvü Con Teylor koronavirusa yoluxduğunu, hətta ona qalib gəldiyini etiraf edib.
Şou-biznes
6 Aprel , 2020 12:45
Məşhur sənətçi koronavirusa yoluxub
0 : 00
0 : 00

Dünyaca məşhur gitaraçı, “Duran Duran” qrupunun üzvü Con Teylor koronavirusa yoluxduğunu, hətta ona qalib gəldiyini etiraf edib.

“Report” NTV-yə istinadən xəbər verir ki, 59 yaşlı musiqiçi bunu “Facebook” səhifəsində açıqlayıb.

“Üç həftə öncə keçdiyim koronavirus testinin nəticəsi pozitiv çıxmışdı. 59 yaşında sağlam və şanslı biriyəm ki, bu prosesin öhdəsindən gələ bildim”, - britaniyalı sənətçi açıqlayıb.

Yenidən səhnəyə çıxmağı səbirsizliklə gözlədiyini ifadə edən C.Teylor izləyicilərini virusla mübarizəyə də çağırıb: “Buna qalib gələ bilərik, gələcəyik də”. 

Son xəbərlər

Orphus sistemi