Amerikalı müğənni Beyonsdan müəllif hüquqlarını pozduğuna görə 26 milyon dollar tələb olunur

Amerikalı müğənni Beyonsdan müəllif hüquqlarını pozduğuna görə 26 milyon dollar tələb olunur İddia ərizəsində müğənninin "Formation" kompozisiyasında mərhum rep ifaçısı Maya Messinin sözlərindən icazəsiz istifadə etdiyi göstərilib
Şou-biznes
9 Fevral , 2017 15:27
Amerikalı müğənni Beyonsdan müəllif hüquqlarını pozduğuna görə 26 milyon dollar tələb olunur

Bakı. 9 fevral. REPORT.AZ/ Məşhur amerikalı müğənni Beyonsa qarşı ABŞ-da mahnılarından birində müəllif hüquqlarının pozulması və başqasının əqli mülkiyyətindən düzgün istifadə etməmək ittihamı ilə iddia qaldırılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, müğənniyə qarşı iddianı 2010-cu ildə güllələnən amerikalı rep ifaçısı Maya Messinin davamçıları Yeni Orleanda (Luiziana ştatı) qaldırıb.

İddia ərizəsində müğənninin bu il "Qremmi" mükafatına namizəd göstərilən "Formation" kompozisiyasında mərhum rep ifaçısı Maya Messinin "YouTube" servisinə yerləşdirilən videoyazıların birində dediyi sözlərdən icazəsiz istifadə etdiyi göstərilib.

İddiaçılar həmçinin "Formation" mahnısına çəkilən klipin reperin müəllif hüquqları ilə qorunan bəzi çıxışlarına və işlərinə çox bənzədiyini bildirir. ABŞ KİV-inin yazdığına görə, M.Messinin davamçıları buna görə Beyonsdan 26 milyon dollar məbləğində kompensasiya, eləcə də mərhum reperin "Formation" kompozisiyasının həmmüəllifi kimi tanınmasını tələb edirlər.

Son xəbərlər

Orphus sistemi