Alek Balduin operatorun çəkiliş zamanı öldürüldüyü filmin heyətini məhkəməyə verib

Alek Balduin operatorun çəkiliş zamanı öldürüldüyü filmin heyətini məhkəməyə verib Amerikalı aktyor Alek Bolduin operator Alina Xatçinsi təsadüfən güllələdiyi “Pas” (“Rust”) filminin çəkiliş qrupunun üzvlərini məhkəməyə verib.
Şou-biznes
12 Noyabr , 2022 06:21
Alek Balduin operatorun çəkiliş zamanı öldürüldüyü filmin heyətini məhkəməyə verib

Amerikalı aktyor Alek Bolduin operator Alina Xatçinsi təsadüfən güllələdiyi “Pas” (“Rust”) filminin çəkiliş qrupunun üzvlərini məhkəməyə verib.

"Report"un TASS-a istinadən xəbərinə görə, bu barədə cümə günü "The New York Times" məlumat yayıb.

Məlumata görə, Balduinin ərizəsində çəkiliş meydançasında silahlara cavabdeh olan Xanna Quteres-Rid, rekvizitor Sara Zaxri, çəkiliş üçün silah-sursatı gətirən Set Kenni və rejissorun köməkçisi Devid Houlsun adı çəkilir. Nəşr qeyd edir ki, həmin gün Balduinə silahı verən və onun təhlükəsiz olduğuna əmin edən məhz Devid Houls olub.

Bundan əvvəl aktyor odlu silahların təhlükəsizliyinə görə məsuliyyətin onun üzərində olmadığını əsas gətirərək filmin prodüserlərinə də qarşı arbitraj iddiası qaldırıb.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında olub. Aktyor Alek Balduinin iştirakı ilə filmin çəkilişləri zamanı bir nəfər silahlı hadisə nəticəsində həlak olub, daha bir nəfər yaralanıb.

Bildirilir ki, hadisə tapançadan atəş vaxtı baş verib. Belə ki, silah boş patronlar tərəfindən doldurulmalı imiş. Atəş zamanı filmin rejissoru körpücük sümüyündən yaralanıb, 42 yaşlı qadın operator Alina Xatçins isə ağır xəsarət alıb və helikopterlə Albukerk şəhərinin xəstəxanasına çatdırılıb, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Filmin çəkilişləri dayandırılıb.

Santa-Fe dairəsi şerifinin ofisi çəkiliş meydançasında rekvizitin tətbiqi ilə bağlı hadisənin olmasını təsdiqləyib. O, qeyd edib ki, atəşi elə aktyor Alek Bolduinin özü açıb.

Son xəbərlər

Orphus sistemi