Xocalıda özünüməşğulluq proqramına cəlb olunmuş şəxslərin sayı 300-ə çatıb

Sosial müdafiə
  • 03 noyabr, 2026
  • 14:36
Xocalıda özünüməşğulluq proqramına cəlb olunmuş şəxslərin sayı 300-ə çatıb

Xocalı rayonu üzrə özünüməşğulluq proqramına cəlb olunmuş şəxslərin sayı 300-ə çatıb.

"Report"un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin rayonda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara təşkil etdiyi mediatur çərçivəsində məlumat verilib.

Media nümayəndələri Xocalı rayonunun Ballıca kənd sakinləri Eyvaz Əliyev və Aysel Əliyevanın, Badara kənd sakini Əsmət Miriyevayanın təsərrüfatlarında yaradılan şərait və verilən aktivlərin vəziyyəti ilə tanış olublar.

Bildirilib ki, özünüməşğulluq proqramı çərçivəsində E.Əliyev üçün arıçılıq, A.Əliyeva üçün isə qoyunçuluq təsərrüfatı yaradılıb. Ə.Miriyevaya isə cins damazlıq heyvanlar verilib və onun üçün maldarlıq təsərrüfatı qurulub.

Qeyd edilib ki, artıq Xocalı rayonu üzrə özünüməşğulluq proqramına cəlb olunmuş şəxslərin sayı 300-ə çatıb. Proqram iştirakçıları doğma yurdlarına qayıtdıqdan sonra onların məşğulluq fəaliyyətləri aidiyyəti qurumların diqqət mərkəzində saxlanılır. Təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstək nəticəsində sakinlərin öz zəruri tələbatlarını qarşılayacaqları vurğulanıb.

44 filmi