Xocalı sakini: Maldarlıq təsərrüfatının qurulması üçün cins mal-qara ilə təmin edilmişik

Sosial müdafiə
  • 03 noyabr, 2026
  • 15:49
Xocalı sakini: Maldarlıq təsərrüfatının qurulması üçün cins mal-qara ilə təmin edilmişik

Xocalı rayonuna qayıdan sakin maldarlıq təsərrüfatının qurulması üçün cins mal-qara ilə təmin olunub.

"Report"un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramına qoşulan rayonun Badara kənd sakini Əsmət Miriyevanı maldarlıq təsərrüfatı ilə təmin edib.

"Kəndimizə qayıtdıqdan sonra planımızda olan maldarlıq təsərrüfatının yaradılması üçün müraciətimizə müsbət cavab verildi və Dövlət Məşğulluq Agentliyi tərəfindən iki baş cins mal-qara ilə təmin olunduq. İndi əsas işimiz mal-qaraya yaxşı baxmaq, keyfiyyətli süd məhsulları hazırlamaq və təsərrüfatı böyütmək üçün çalışmaqdır".