Şuşa uğrunda döyüşlərdə iştirak etmiş qazinin borc öhdəlikləri qarşılanıb

Şuşa uğrunda döyüşlərdə iştirak etmiş qazinin borc öhdəlikləri qarşılanıb Şuşa şəhərinin azadlığı uğrunda döyüşlərdə iştirak etmiş qazinin borc öhdəlikləri qarşılanıb.
Sosial müdafiə
14 Aprel , 2023 11:00
Şuşa uğrunda döyüşlərdə iştirak etmiş qazinin borc öhdəlikləri qarşılanıb

Şuşa şəhərinin azadlığı uğrunda döyüşlərdə iştirak etmiş qazinin borc öhdəlikləri qarşılanıb.

Bu barədə "Report"a "YAŞAT" Fondundan məlumat verilib.

Bildirilib ki, Fond ağır yaralanan qazi Mədəd Süleymanovun borc öhdəliklərini qarşılayıb.

O, Şuşanın azadlığı uğrunda getmiş döyüşlərdən söz açıb: "Şuşa şəhərinin azadlığı uğrunda ilk olaraq artilleriya divizionu kimi fəaliyyətə başladıq. 8 noyabr Şuşa şəhərini işğaldan azad etdik. Döyüşlər başa çatdıqdan sonra 2021-ci il yanvarın 8-i Zəfər yolunda bizim və düşmənin sıradan çıxmış döyüş və avtomobil texnikalarının təmizlənməsi zamanı ağır avtomobil qəzası keçirdim. Həmin yolun çəkilməsi ilə əlaqədar olaraq ərazidə işçi qrupları var idi və onların köməkliyi sayəsində məni oradan çıxarıb, Hadrutda hospitala təxliyə etdilər. Növbəti gün isə Bakıda yerləşən hospitala gətirdilər. Onurğam, fəqərə sümüklərim, biləyim və çiynim qırılmışdı. 9 saatdan çox onurğa əməliyyatı keçirdim, müalicələrdən sonra Hərbi həkim komissiyasının qərarına əsasən, Müdafiə Nazirin müvafiq əmri ilə  ehtiyata buraxıldım".

M.Süleymanov bildirib ki, əlilliyi təyin olunduqdan sonra "Yaşat" Fonduna müraciət edib və banka olan müəyyən məbləğdə kredit borcu bağlanıb.

Xatırladaq ki, "YAŞAT" Fondu tərəfindən dəstək tədbirləri davam edir.

Son xəbərlər

Orphus sistemi