“SOS” mühafizə şirkəti xeyli sayda qazini işlə təmin etdiyinə görə təltif olunub

“SOS” mühafizə şirkəti xeyli sayda qazini işlə təmin etdiyinə görə təltif olunub “Security Operation Services” (“SOS”) mühafizə şirkəti daha 38 şəhid ailəsi, qazi və müharibə iştirakçısını işlə təmin edib.
Sosial müdafiə
5 Noyabr , 2021 11:37
“SOS” mühafizə şirkəti xeyli sayda qazini işlə təmin etdiyinə görə təltif olunub

“Security Operation Services” (“SOS”) mühafizə şirkəti daha 38 şəhid ailəsi, qazi və müharibə iştirakçısını işlə təmin edib.

"Report" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şirkət şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başladılan “Məşğulluq marafonu”nda fəal iştirakına görə təşəkkür sertifikatı ilə təltif olunub.

Beləliklə, “Security Operation Services” MMC 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinin və müharibə iştirakçılarının məşğulluğunun təminatına, bununla onların rifahı naminə aparılan dövlət siyasətinə sosial məsuliyyət və həmrəylik prinsipi ilə yaxından dəstək verməklə “Məşğulluq marafonu” çərçivəsində ən çox sayda vakansiya təqdim edən işəgötürənlərdən olub.

Qeyd edək ki, SOCAR-la əməkdaşlıq çərçivəsində strateji sənaye obyektlərinin, mədən ərazilərinin və neft kəmərlərinin qorunmasını həyata keçirən “SOS” şirkətində indiyə kimi ümumilikdə 91 şəhid ailəsi, qazi və müharibə iştirakçısı işlə təmin edilib.

Son xəbərlər

Orphus sistemi