Bakı. 15 oktyabr. REPORT.AZ/ Azərbaycan hökuməti gənclərin inkişafını dəstəkləmək üçün ayırdığı vəsaitlərin həcmini son 10 ildə 100 dəfə artırıb. "Report" xəbər verir ki, bunu I Azərbaycan Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət üzrə konfransında çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.
Nazir müavini bildirib ki, keçmiş sovet respublikalarından yalnız Azərbaycanda belə artım qeydə alınıb: "Əgər 10 il bundan qabaq gənclərin inkişafı üçün ayrılan vəsait 205 min manat idisə, hazırda bu rəqəm 24 milyon manata çatıb. Bu artım tempi başqa heç bir MDB ölkəsində müşahidə edilməyib. Əsas tərəfdaşlarımız qeyri-hökumət təşkilatlarıdır. Hazırda ölkəmizdə 300-dən çox gənclər təşkilatı var. Onu da qeyd edim ki, bu vaxta qədər