Şöbə müdirindən pensiya kapitalı ilə bağlı açıqlama

Şöbə müdirindən pensiya kapitalı ilə bağlı açıqlama "Heç kimin staj dövrü və topladığı vəsait itmir"
Sosial müdafiə
234
23 Fevral , 2021 12:08
Şöbə müdirindən pensiya kapitalı ilə bağlı açıqlama

“Pensiya kapitalı şəxsin işlədiyi dövrdə əməkhaqqından məcburi tutulan dövlət sığorta haqları hesabına toplanır. Pensiya kapitalına çıxışla bağlı kifayət qədər resurslar var”.

“Report” xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov "Yeni TV"yə müsahibəsində deyib.

Nazirlik rəsmisi bildirib ki, hazırda vətəndaşların çalışdığı dövr ərzində ödədiyi məcburi sığorta ödənişi (2016-cı ildən əvvəl və ya sonrakı dövr) pensiya kapitalında nəzərə alınır.

Şöbə müdiri bildirib ki, heç kimin staj dövrü və topladığı vəsait itmir: “Vətəndaşın topladığı pensiya kapitalı heç vaxt itmir. əgər kimsə rəhmətə gedir və pensiya almaq üçün yaş həddinə çatmayıbsa, pensiyanı həyat yoldaşı, övladları və ya ata, anası ala bilər. Yəni bu pensiya məbləğində öz əksini tapır”.

Son xəbərlər

Orphus sistemi