Şirvan və Kürdəmirdə əmək yarmarkası keçiriləcək

Şirvan və Kürdəmirdə əmək yarmarkası keçiriləcək Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə kvota üzrə iş yerləri təqdim olunacaq
Sosial müdafiə
291
27 Avqust , 2015 10:58
Şirvan və Kürdəmirdə əmək yarmarkası keçiriləcək

Bakı. 27 avqust. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti bu həftə iki rayonda əmək yarmarkası keçirəcək. Bu barədə "Report"a İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Əmək yarmarkalarının avqustun 28-də Şirvan şəhərində və Kürdəmir rayonunda keçirilməsi planlaşdırılır. İlkin məlumatlara görə, yarmarkalar zamanı Şirvan şəhərində 38 müəssisə üzrə 280, Kürdəmir rayonunda isə 55 müəssisə üzrə 200-dən çox boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif edəcək. Həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə kvota üzrə iş yerləri təqdim olunacaq.

İşəgötürənlərin nümayəndələrinin də iştirak edəcəyi tədbirlər zamanı işaxtaran vətəndaşların əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, həmçinin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi üçün onların qeydiyyatı da aparılacaq.

Son xəbərlər

Orphus sistemi