İşəgötürən işçini bir ay qabaqcadan kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Əgər deyilən vaxtda müqaviləyə xitam verilməyibsə, avtomatik olaraq uzadılmış sayılır.
"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarəti şöbəsinin müdir müavini Mehman Abdullayev deyib.
Onun sözlərinə görə, Əmək Məcəlləsinə edilən dəyişikliklərlə əmək müqaviləsi işçi və işəgötürən arasında e-imza vasitəsilə elektron sənəd formasında bağlanılacaq:
"Bu müqavilənin dəyişdirilməsinə, ona xitam verilməsinin e-qaydada icra olunması, eləcə də əmək müqaviləsinin kollektiv qaydada bağlanmasının ləğvi, müqaviləyə xitam verilməsinin bu barədə əmr, sərəncam və ya qərarın işəgötürən tərəfindən elektron, informașiya sisteminə daxil edilərək e-imza ilə imzalandığı tarixdən qüvvəyə minməsi, e-sənəd formasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənin əmr, sərəncam ve ya qərarının gücləndirilmiş e-imza ilə imzalanaraq işçinin informasiya sistemindəki e-kabinetində yerləşdirilməsi aiddir".