Yuxarı

Sahil Babayev: “Ötən il DOST iş mərkəzləri 38 min iş yeri yaradıb”

​Sahil Babayev: “Ötən il DOST iş mərkəzləri 38 min iş yeri yaradıb”

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə məxsus 2 DOST mərkəzi istifadəyə verilib.

“Report” xəbər verir ki, bu barədə nazir Sahil Babayev Prezident İlham Əliyevin yanında keçirilmiş müşavirədə məlumat verib.

“Mayın 9-da birinci DOST Mərkəzi, dekabrın 24-də ikinci DOST Mərkəzi istifadəyə verilib. Cəmi səkkiz ay ərzində birinci DOST Mərkəzində 63 min vətəndaşımız qəbul edilib, ümumilikdə vətəndaşlarımızın məmnunluq səviyyəsi də 95,2%-ə bərabər olub. DOST mərkəzlərində konsepsiyaya uyğun olaraq könüllülük proqramları geniş vüsət alıb. Orada həm “Gənc DOST” könüllü proqramı, həm də ahıl şəxslər üçün “Gümüşü DOST” və “Virtual DOST” proqramları icraya verilib. Cəmi 6 ay ərzində 6 900 könüllü bu proqrama müraciət edib. Onlardan 250 nəfər bizim mərkəzlərimizdə fəaliyyətə başlayıb. Sizin digər bir təşəbbüsünüzlə başlayan digər bir geniş proqram haqqı ödənilən ictimai işlər proqramıdır. Bununla bağlı ötən il DOST iş mərkəzləri tərəfindən 38 min iş yeri yaradılıb. Burada 45 mindən artıq vətəndaşımızın müvəqqəti məşğulluğu təmin edilib. Dövlət müəssisələri tərəfindən 28 min iş yeri yaradılıb. Bu proqramların icrası nəticəsində çox böyük bir kəsim, yəni, faktiki olaraq 64 min insanın il ərzində məşğulluğu təmin edilib. Sizin tapşırıqlarınıza uyğun olaraq bu proqramın da cari ildə davam etdirilməsi planlaşdırılır”, - deyə o, qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi