''Report'' xəbər verir ki, Mərkəzdə sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat, pensiya, sosial sığorta, əmək münasibətləri, məşğulluq, həmçinin sosial-hüquqi, övladlığagötürmə, sosial-məişət xidmətləri, sosial-pedaqoji və s. sahələr üzrə xidmət bölmələri, sosial agentlərin və könüllülərin iş funksiyaları, müraciət edən vətəndaşlara xidmət prosesi nəzərdən keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri
Litvalı nazir və nümayəndə heyəti üçün Azərbaycanın DOST layihəsi, əmək, məşğulluq, sosial təminat sahələrində elektron sistemlər, əhaliyə göstərilən e-xidmətlərə dair təqdimatlar edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,
Nazir sosial təminat sisteminin avtomatlaşdırılması sahəsində aparılan işləri, Azərbaycanda ilk proaktiv xidmət kimi elektron pensiya təyinatına keçildiyini diqqətə çatdırıb. O, nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sistemindəki altsistemlər, o cümlədən “Məşğulluq” alt sistemindən, bu altsistemin əmək bazarı üçün faydalarından, ölkəmizdə ilk dəfə sosial reyestr olaraq yaradılan “e-sosial” internet portalının əhəmiyyətindən bəhs edib.
Litvalı nazir Linas Kakuraitis ölkəmizdə aparılan islahatların təqdirəlayiq olduğunu bildirib: '' Sosial təminat sisteminin avtomatlaşdırılması, DOST layihəsi kimi mükəmməl bir konsepsiyanın tətbiqi ölkənin bu istiqamətdə uğurla fəaliyyət göstərməsinin göstəricisidir''.
Daha sonra “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Litva Respublikasının Sosial Təminat və Əmək Nazirliyi arasında əmək və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında” Saziş imzalanıb.
Nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə də gedərək, burada yaradılan şəraitlə və əlilliyi olan şəxslərin yaradıcılıq nümunələri ilə tanış olub.