Bu il Azərbaycanda 20 min işsiz şəxsi peşə hazırlığına cəlb edilməsi planlaşdırılır və bu istiqamətdə işlər görülür.
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün Milli Məclisdə keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Qanuna dəyişikliyin edilməsi layihəsinin müzakirəsi zamanı deyib.
"Hədəfimiz ildə 30 min şəxsə peşə hazırlığı keçməkdir. Xüsusən də ixtisaslı şəxslərin tez bir zamanda işlə təmin edilməsi, bundan başqa fərdi məşğulluq proqramlarına cəlb olunmasını hədəfləyirik. Amma nazirliyin potensialı buna kifayət etmir. Bu səbəbdən də özəl tərəfdaşlarla əməkdaşlıq edilir. Belə olan zaman da daha ciddi addımlar atıla bilər",- deyə nazir bildirib.